Fənərbaxça” futbol klubunun prezidenti və vitse-prezidenti istefa verib
Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, Türkiyə Futbol Klubları Birliyinin rəhbəri vəzifəsindən istefa verib.
Simsar.az-ın verdiyi xəbərə görə, Əziz Yıldırım, baş verən son hadisələrə və Türkiyə futbolunda yaşananlara etiraz olaraq bu addımı atdığını yazılı şəkildə açıqlayıb. Həmçinin "Fənərbağça"nın vitse-prezidenti Nihat Özdemir də dünən komandasının 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi məlum olduqdan sonra istefa verib. Və dünən bununla bağlı klubun binasında fövqəladə toplantı keçirilib.
İstanbulun "Fənərbaxça" futbol klubunun əvəzinə UEFA Çempionlar Liqasına qatılan "Trabzonspor" futbol klubuna bir şad xəbər də gəlib. İstanbul 12-ci ağır cəza məhəkəməsi "Trabzonspor"un prezidenri Sədri Şenerin Türkiyədən kənara çıxmasını əngəlləyən qərarı aradan qaldırıb.