Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

QOYUN ƏTİ HƏR GÜN QALXIR

Səbəkar kimi ərəb şeyxləri göstərilsə də…

Son günlər ölkədə ətin qiymətinin kəllə-çarxa qalxması medianın əsas müzakirə mövzusuna çevrilib.

Bahalaşmanın xüsusilə də, isti yay günlərinə təsadüf etməsi narahatlıqları və şübhələri bir qədər də artırır.
Bazar qanunlarına uyğun olaraq, yay aylarında bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən, ət və ət məhsullarınınn qiymətlərində ucuzlaşma müşahidə edilir.
Yəni bu vaxtlar bazarlarda tərəvəz-bostan məhsullarının həcmi artır, qiymətləri aşağı düşür. Ətə olan təlabat azaldığından onun da qiyməti enir.
Amma bu il Azərbaycanda bazarın tələb-təklif prinsipləri kobudcasına pozuldu.

Bir-neçə həftə bundan əvvəl sallaqxanalarda 7 manat 50 qəpiyə satılan mal ətinin bir kiloqramı az sonra 8, hazırda isə 8 manat 50 qəpiyə satılır. Sümüksüz ətin qiyməti isə 10-11 manat arasında dəyişir. Ətin qiymətində bahalaşmanın olduğunu Statistika Komitəsi də təsdiqləyir.

Bahaşalmanın səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Bəzi məlumatlara görə, Azərbaycanda ətin qiymətindəki bahalaşma xaricdə ölkəmizdə istehsal olunan ətə tələbatın yüksəlməsi ilə bağlıdır. Dünyada qoyun ətinin keyfiyyətinə görə Azərbaycan ön yerlərdə dayandığından xarici ölkələrin iş adamlarının ona olan marağı artır.


Bununla bağlı bir müddət öncə Milli Məclisin deputatı
Eldar Quliyev açıqlaması olduqca maraqla qaşılanıb.

E.Quliyev bildirib ki, ərəb şeyxlərindən biri bu yaxınlarda Azərbaycandan 10 min ton qoyun ətinin alınmasına dair razılığa gəlib: “Məndə dəqiq məlumat var. Bizdən kənara çox ət aparılır. Ərəb şeyxlərindən birinin nümayəndəsi bu yaxınlarda Bakıda olub. Deyib ki, ona 10 min ton qoyun əti lazımdır. Qiymətinin fərq etmədiyini bildirib, hətta 12-13 manat olsa belə. Ancaq şərt qoyub ki, erkək qoyunlar olsun və çəkisi 10-15 kiloqram arasında olsun. Həm də deyib ki, həmin qoyunlar burda kəsilsin. Bundan başqa, bizdən Rusiya və digər ölkələrə də ət aparılır. Bütün bunlar ətin qiymətinin qalxmasına gətirir”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov əməkdaşımızla söhbətində bildirb ki, Azərbaycanda ildə normadan 1 kilo artıq, yəni adambaşına 28 kilo ət istehsal olunur. Onun sözlərinə görə, ətin bahalaşması sırf bir sıra işbazların öz gəlirlərini artırmaq məqsədinə xidmət edir.

Buna oxşar açıqlama ilə elə bu günlərdə kənd təsərrüfatı naziri İsmət Abasov da çıxış edib.

Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseyov saytımıza açıqlamasında bildidirib ki, kənd təsərrüfatını, o cümlədən heyvandarlığı inikşaf etdirmək, süni qiymət artımının qarşısını almaq birbaşa Nazirliyin işidir. Belə çıxır ki, Kənd Təsərrüfatı Nazirliyinin oliqarxlara gücü çatmır: “Bazarda kilosu 1 manata da ət var, 10 manata da. 1 manatlıq ətlər Təzə Bazarın arxasında satılır. Xəstə, qoca, tələf olmuş cəmdəklər 1 manata camaata satılır. Bəzi şəhər sakinlərini isə ətin keyfiyyəti qəti maraqlandırmır. Nə olsa, alıb yeyirlər. Təki ucuz olsun. Məndə olan məlumatlara görə, hətta ilanın zəhərləyib öldürdüyü heyvanlar da Bakı bazarlarında satılır. Halbuki, zəhərlənmiş heyvanları heç it, canavar da yemir”.


E.Hüseynov qeyd etdi ki, ölkədə ət qıtlığı yoxdur: “Sadəcə, işbazlar süni şəkildə qiymətləri artırırlar”.

Azərbaycanda ətin qiymətinin bahalaşmasının digər səbəbi qonşu Gürcüstandakı qiymət artımı ilə bağlıdır. 2011-ci ilə qədər Gürcüstanda qoyun ətinin kilosu 3-4 manat idi. Azərbaycan gömrüyündən keçəndən sonra ət 5-6 manata başa gəlirdi. Və onun Bakıda satış qiyməti 7-8
manat təşkil edirdi. Bahalaşmadan sonra qoyun ətinin qiyməti 10 manata çatmaqdadır.

Bahalaşmanın digər səbəbi isə kənd təsərrüfatı sahəsində çalışanlarla qeyri-kənd təsərrüfatı sahəsində çalışanların aylıq qazancları arasında böyük fərqin olmasıdır. Fərqi aradan qaldırmaq üçün kəndli bazar çıxardığı məhsulun qiymətini artırmağa məcburdu.

RUSLAN






24 Avqust, 2011  15:59 Baxılıb: 4687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16