Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

BU GÜN ƏFSANƏVİ DİKTOR AYDIN QARADAĞLININ DOĞUM GÜNÜDÜR

O, səs və söz sənətinin vəhdətini yaradıb zirvələrə qaldırdı 

Bu gün əfsanəvi Azərbaycan diktoru, peşəkar diktorluq məktəbinin yaradıcısı Qaradağlı Aydın Çingiz oğlunun doğum günüdür. Yaşasaydı bu gün onun 82 yaşı tamam olurdu.

 20 avqust 1929-cu ildə Quba rayonunda anadan olan Qaradağlı 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib.  

Aydın Qaradağlı teatr texnikumunda oxuya-oxuya Azərbaycan radiosuna dəvət olunanda diktor seçimində bir neçə amilə xüsusi diqqət yetirərdilər. Bu mənada ki, diktor ilk növbədə güclü səs diapazonuna, təmiz tələffüzə malik olmalıydı. Diktor yalnız xəbər oxumaqla kifayətlənə bilməzdi. Çünki ondan həm hekayə, həm şeir, həm müxtəlif mövzulu məqalələr oxumaq, həm də yeri gələndə veriliş aparmaq da tələb olunardı. Amma etiraf etmək gərəkdir ki, çox az diktor var idi ki, bu keyfiyyətlərin hər birinə malik ola bilsin. Aydın Qaradağlı əvvəlcə o azlardan biri sonra isə birincisi oldu. Çünki onun səs keyfiyyətləri bütün radio proqramlarının tələblərinə cavab verirdi. Amma bir həqiqət də var ki, bu tələblər üçün yalnız səs də azlıq təşkil edirdi. Mikrofon qarşısında oturan şəxsin yüksək intellekti, zəngin mütaliəsi də olmalıydı. Oxuduğu mətni, şeri, xəbəri hər nə varsa özü anlamayan diktor heç zaman onu dinləyiciyə çatdıra bilməz. O zamanın özündə belə mətnin tam təfərrüatını, ən başlıcası məntiqini anlayıb, onu dinləyiciyə çatdıra bilən diktorları barmaqla saymaq olardı ki, Aydın Qaradağlı da onlardan biri idi. Aydın müəllim əvəzsiz diktor olmaqla bərabər, həm də radionun proqram siyasətinin gözəl bilicisi idi. Elə ona görə də bir müddət radionun proqram redaksiyasında baş redaktor vəzifəsində çalışıb.


Aydın Qaradağlı istər diktor, istərsə də bütövlükdə radionun yaradıcı heyəti arasında böyük nüfuz sahibi idi. Aydın Qaradağlı özü müəllim ailəsinin yetirməsi idi. O, böyük pedaqoq, dövrünün maarifpərvər ziyalılarından biri olan Həsənəli xan Qaradağinin nəvəsi idi.

Məlumat üçün bildirək ki, Həsənəli xan Qaradaği 1850-ci ildə Şuşada anadan olub. Orada fəaliyyət göstərən qəza məktəbini bitirib. Ərəb və fars dillərinə mükəmməl yiyələnib. Şərqin görkəmli klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub. Həsənəli xan Qaradaği Şuşada ilk yeni üsullu məktəb yaradan ziyalılardan biri olub. İş elə gətirir ki, 1880-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski azərbaycanlı ziyalıları ana dilində dərslik tərtib etməyə çağırır. O, ziyalılardan biri də Həsənəli xan Qaradaği olur. Bu dərsliyə onun Krılovdan etdiyi tərcümələrlə bərabər, öz şeirləri də daxil edilir. Aydın Qaradağlı belə bir nəslin davamçısı olduğundandır ki, səs və söz sənətinin vəhdətini yaradıb onu zirvələrə qaldıra bildi. Aydın Qaradağlı 28 yanvar 1980-ci ildə Bakı şəhərində dünysaını dəyişib.

Qəbri nurla dolsun!

Simsar.az






20 Avqust, 2011  15:12 Baxılıb: 1711 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16