İmperator iki albom üzərində işləyir
Bir daha oxuya bilməyəcəyi deyilən İbrahim Tatlısəs hər biri milyon dollarlıq iki albom buraxacaq.
Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, artıq bununla bağlı anlaşma əldə olunub. İlk albomun 5 mahnısının demosunu xəstəxanada tamamlayan Tatlısəs Yeni İl gecəsində konsert verməyə hazırlaşır.
Yeni ilə yeni mahnıları ilə qədəm qoymaq istəyən Tatlısəs albom üçün hazırlıqları tamamlayıb.
Albomu buraxacaq studiya da artıq bəllidir. Bu
“Poll Production’ındır. Hər alboma görə, Tatlısəs 1 milyon dolar alacaq.
Tatlısesin telefon bağlantısında söylediyi "Ben Allah’ın bir mucizesiyim" sözlerindən təsirlənən bəstəkar Sinan Akçıl "Mucize" adlı şeirini də oxuması üçün Tatlısəsə təqdim edib.
RAMİL