Əməliyyat İraq ərazisində aparılıb
Türkiyəyə məxsus F-16 hərbi təyyarələri PKK-ın İraqın şımalında yerləşən bazalarını və təlim düşərgələrini bombalayıb.
Simsar.az-ın türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, əməliyyatda 12 ağır bombardmançı təyyarə iştirak edib. Bildirilir ki, hava zərbələrinin hədəfi İraqın Qəndil və Zap əyalətlərində yerləşən PKK-ya məxsus bazalar olub.
Əməliyyat gedən bölgədə elektrik təminatı tamamilə kəsilib. Türkiyə tərəfindən itkilər barədə xəbər verilmir.
Bildirilir ki, Iraq hökuməti əməliyyat barədə qabaqcadan xəbərdar olunub.