DİN araşdırma aparır
Daxili İşlər Nazirliyi (DİN) jurnalist Ramin Bayramovun itkin düşməsi barədə nazirliyin "102" xidmətinə daxil olan məlumatı araşdırır.
DİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, avqustun 11-də bir şəxs DİN-in "102" xidmətinə zəng edərək məlumat verib ki, özünü Rövşən adlandıran şəxs ona dostu Ramin Bayramovun "Nizami" metrostansiyası yaxınlığında maşına oturdularaq naməlum istiqamətə aparıldığını deyib. Dərhal məlumat aidiyyatı olaraq Yasamal Polis İdarəsinin 27-ci polis bölməsinə çatdırılıb.
Məlumata görə, polis əməkdaşları hələki "102" xidmətinə məlumat verənlərin şəxsiyyətini müəyyənləşdirə bilməyib. Buna görə də bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bildirək ki, Ramin Bayramov islam-azeri.az intermet qəzetinin Baş redaktorudur.