Bu günlərdə professor –oftolmoloq-şair Paşa Qəlbinurla görüşümüz oldu. Onunla maraqlı söhbətimizi sizə təqdim edirik.
-Paşa müəllim, çoxdandır sizinlə görüşmürük, nə yeniliklər var?
-Həyat davam edir, mən də öz fəaliyyətimdəyəm. Tibb Universitetinin tələbələrinə dərs deyirəm. Elmi yazılar yazıram, konfranslarda çıxış edirəm. Bilirsiniz ki, digər yaradıcılığım da var. Şeirlər, esselər yazıram. Bacardığım qədər insanlara komək etməyə çalışıram.
-Yəqin ki payız fəslində şeir daha bol olar...
-Bəli deyirlər bir çox şairlər payızda yazmağı xoşlayırmışlar. Mən də elə o qəbildənəm. Əslində isə fikrimcə, yaradıcılıq gərək fəsilə, tarixə baxmasın . Gərək yaradıcılıq fəsillərə tabe olmasın. Son günlərdə yeni bir ESSE yazdım. “İrəvanda qalan uşaq”. 5-6 yaşında olan balaca Paşa o vaxtlar İrəvanda gizlənib qaldı. Gəlmədi buralara. Mən ondan soruşuram ki, ordakı evimiz nə oldu? O da deyir ki, ev yerindədir. Sonda da mənə deyir ki, sən gözlə mən səni çağıracam bura. Bizim torpaqlarımız ki var vətənimizin indiki sərhədlərindən kənarda qalıb. Onlar bizim kəsilən əzalarımıza bənzəyir. Son illər Amerika alimləri tapıblar ki, o kəsilən ətraflar fonton ağrıları şəklində mövcud olur. Məsələn, müharibə zamanı insanının ayağı kəsilir. Evdə yoldaşına ayağımı qaşı deyir, yaxud ayağım üşüyür deyir. Əslində ayaq yoxdur və o doğrudan da ağrılar şəklində virtual mövcuddur. Bizim də kənarda qalan İrəvanımız, Zəngəzurumuz, Qarabağımız, Dərbəndimiz kəsilən əzalarımızdır sanki. Orda onlar üşüyür, orda onlar ağrıyır və biz onları hiss edirik.
-Paşa müəllim kafedrada işləriniz nə yerdədir?
-Müasir texnologiya sağ olsun, artıq kitabxanalari da bizim evimizə gətirib. Kafedrada çox diqqətlə çalışırıq. Daha çox təcrübələr göstəririk tələbələrə. Yeni tədris cərrahiyə korpusumuz var, hansı ki, orda hər şey müasirdi.
-Ümidverici tələbələriniz varmı?
-Əlbəttə var. 50 -100 il əvvəl də bir çox tələbələrin arasında 100 oxuyan əlaçı olardı. Bu nisbət həmişə saxlanılır.
-Paşa müəllim, danılmaz faktlardan biri də odur ki,son illərdə səhiyyədə həkim uğursuzluğu və məsuliyyətsizliyinə çox rast gəlinir. Həkimlərimizə etimad azalıb.
-Müasir jurnalistika televiziya, radio elm və texnikanın inkişafı ilə silahlı olub. Ona görə bu məlumatlar sürətlə yayılır və ictimailəşir. Hansı məsuliyyətsizlik və səhlənkarlıqları nəzərdə tutduğunuzu bildim. İnanın belə səhvlər həmişə olub. Sadəcə əvvəl bu qədər ictimailəşmirdi. Təbii ki, heç olmamalıdır. 10 metr hündürlükdə gəzən kəndirbazın kəndirin üzərində, təyyarəçinin idarə zamanı səhv etməyə haqqı olmadığı kimi, həkimin də səhv etməıyə haqqı yoxdur. İllər əvvəl dəhşətli bir hadisə olmuşdu. Xəstənin görməyən gözü əvəzinə görən gözünü çıxartmışdılar. Amma o zaman bu cür mobilləşmə, sosiallaşma yox idi. Ona görə də xəbər kütləvi yayılmadı. Insan gərək öz üzərinə düşən məsuliyyətli işi diqqətlə təmkinlə yerinə yetirsin. Bu böyük cinayətdir. Buna baxmayaraq bizim çox gözəl, qabiliyyətli həkimlərimiz də var. Bu cür qara ləkəli bir hadisə dərhal böyüyür, təbii haqlıdırlar. Amma, çox uğurlu əməliyyatlardan heç danışan yoxdur. Böyrək, ciyər, ürək köçürmələri ağır əməliyyatlardır ki, bu da Azərbyacanda çox uğurla yerinə yetirilir. Oftolmologiya sahəsində isə dünyada olmayan əməliyyatlar olur. Mənim bir əməliyyatım olmuşdu eyni vaxtda 3 əməliyyatı aparmışdım Qlaukoma, Katarakta, Qarasu, özü də hər iki gözdə. Bu bir yerdə 6 əməliyyat deməkdir. Elə bir əməliyyat dünyada ilk idi. O ki qaldı insanlarımızın müayinə üçün başqa ölkələrə üz tutmasına bu elə sovet dövründə də belə idi. Başqa soyada malik olan bir həkim eşidirdilər həmin dəqiqə gedirdilər onun yanına. Bu cazibə var bizim içimizdə. Bu xasiyyət mütəqillik qazandıqdan sonra bir az böyüyən kimi oldu. Düşünürlər əgər həkim əcnəbidirsə, o mütləq yaxşıdır.
-Paşa müəllim, Dünya Azərbaycanlıları Konqresi (DAK) fəaliyyət göstərirmi?
-Bildiyiniz kimi DAK 3 yerə bölündü. Bunu çox adam faciə kimi qabul elədilər. Əgər bir evdə siz 3 övlad ailə qurub müstəqil olubsa bu o demək deyil ki, onlar düşmən olublar. Ayrı-ayrı fəaliyyət göstəririk biz də. Mənim digər qurumların rəhbərləri və ya siravi işçiləri ilə normal münasibətlərim var. Hazırda da əvvəlki kimi fəaliyyət göstəririk. Hansısa fövqəladə bir şey baş verdikdə ona bizim reaksiyamız mütləq olur. Hansısa soydaşımız lap Şimal Buzlu okeanda olsa belə o yenə də bizimdir.
Nihadə Eyyubova
DİGƏR XƏBƏRLƏR