Azərbaycanlı şagird Nyu-Yorkda keçiriləcək beynəlxalq olimpiadaya vəsiqə qazanıb
İstedadlı və qabaqcıl şagirdlərdən olan Yusif Allahverdi iki nüfuzlu beynəlxalq olimpiadada böyük nailiyyətlər qazanıb. Məlum olıduğu kimi, Horizon Riyaziyyat Olimpiadasında Qlobal səviyyədə təşkil olunan yaradıcı və qabaqcıl riyaziyyat sualları ilə rəqabət aparılır. Yusif bu yarışmada birinci yerə layiq görülərək Qızıl medal qazanıb. Bununla yanaşı o, Nyu-Yorkda keçiriləcək böyük finala da vəsiqə qazanıb. Beynəlxalq STEM Olimpiadası (Riyaziyyat kateqoriyası) 130-dan çox ölkənin 38,000-dən artıq şagirdinin iştirak etdiyi genişmiqyaslı olimpiadadır. Y. Allahverdi riyaziyyat sahəsində fərqlənərək bürünc medal qazanıb və Barselonada keçiriləcək böyük finala dəvət alıb. Xatırladaq ki, Yusif 5-ci sinifdə oxuyur. Bu nailiyyətlərinə görə Yusifi təbrik edir, yeni uğurlar arzulayırıq.