Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib. Simsar.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.