Pakistanda zəlzələ oldu
Pakistanda 5,5 maqnitudalı zəlzələ baş verib.Simsar.az xəbər verir ki, bu barədə məlumatı Avrop-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Yeraltı təkanların episentri təqribən 60 min sakinin yaşadığı Usta-Məhəmməd şəhərindən 75 kilometr şimal-qərbdə yerləşdiyi qeyd olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib. (Qafqazinfo)