Nəriman “Qarabağ”la vidalaşdı
ABŞ-nin “Kolambus Kru” klubuna transfer edilən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə “Qarabağ”la vidalaşıb.Simsar.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. “Çox sağ ol, böyük “Qarabağ” ailəsi”, - paylaşımda deyilir. Qeyd edək ki, 21 yaşlı forvard ABŞ klubu ilə 3,5 illik müqavilə imzalayıb.