Oktay Kaynarca saxlanıldı
Məşhur türkiyəli aktyor Oktay Kaynarca saxlanılıb. Simsar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o və daha 5 tanınmış şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı saxlanılıblar. Bildirilir ki, hazırda saxlanılanlar dindirilir. “İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan 2025/280882 CBS saylı iş çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya saxlanılıb. Onlar şəxsi istifadə üçün narkotik vasitələri və ya stimullaşdırıcı vasitələr saxlamaq, narkotik vasitələrdən istifadəni asanlaşdırmaq, kimisə fahişəliyə sövq etmək, fahişəliyə şərait yaratmaq və ya vasitəçilik etmək, yaxud fahişəliyə yer vermək, qumar oynamaq üçün yer və vasitə ilə təm