Bu ərazilərdə qaz olmayacaq
Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Simsar.az “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib. Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.