Ramiz Quliyev vəfat etdi
Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib. Simsar.az xəbər verir ki, bu barədə onun oğlu Əyyub Quluyev məlumat verib. O, atasının səhər saatlarında yerləşdiyi xəstəxanada öldüyünü bildirib. Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.