“Azeri Light” ucuzlaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Simsar.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar, yaxud 0,12 % azalaraq 66,28 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.