Dünən Nizami Kino Mərkəzində xalq artisti Ramiz Novruzun 70 illik yubileyi qeyd olunub. Mərhum sənətkarın oğlu, aktyor Cavidan Novruzun şəxsi təşəbbüsü və təşkilatşılığı ilə keçirilən mərasimdə xalq artistinin sənət dostları, ailəsi, ictimai xadimlər və media nümayəndələri iştirak edib. Onlar tədbir zamanı öz ürək sözlərini söyləyərək, Ramiz Novruzu vaxtsız itirdiklərindən heyfsləndiklərini bildiriblər. Tədbirə gələnlərə təşəkkürünü bildirən xalq artistinin oğlu Cavidan Novruz atası ilə bağlı xatirələrini bölüşüb. 70 illik yubiley mərasimində Ramiz Novruzun adı ilə bağlı kitab və özünün qələmə aldığı "Kiçik fanat" adlı hekayasinə çəkilən film təqdim olunub. Qeyd edək ki, sözügedən filmdə baş rolun ifaçısı xalq artistinin nəvəsi Turan Novruzdur. Filmdə əməkdar artist Anar Heybətov, Məsmə Aslanqısı, Cavidan Novruz, Şəlalə Şahvələdqızı iştirak ediblər.