Bakının Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində “Kərpic zavod” adlanan ərazidə yol və kanalizasiya şəbəkəsinin yoxluğu problemi yaşanır. Bu ərazidə yaşayan sakinlər problemlə bağlı şikayət edirlər.Ərazidə çirkli sular yola axır, bu da həm nəqliyyatın, həm də piyadaların hərəkətinə ciddi çətinliklər yaradır. Yağmurlu havalarda isə vəziyyət daha da acınacaqlı olur. Sakinlər problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər etsələr də, vəziyyət dəyişməyib.(Tribunainfo.az )