31 yaşlı kişi dəm qazından öldü
Ötən gün Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Simsar.az - ın məlumatına əsasən, hadisə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci korpus, 10 may küçəsində baş verib. Belə ki, Oğuz rayonu, Padar kəndinə qeydiyyatda olan Bəraət Babakişiyev hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.