Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Simsar.az xəbər verir ki, bu barədə qurumun sosial media hesabında məlumat dərc edilib. “33 il əvvəl Xocalıda qətlə yetirilmiş günahsız azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmət və ehtiramla yad edir, əziz Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq”, - məlumatda deyilir.