Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb
Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri başa çatıb. Simsar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Somali Prezidentini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.