ABŞ konsulluqlarını bağlayır – NBC
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər. Simsar.az xəbər verir ki, bu barədə mənbələrə istinadla NBC telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, söhbət Sakit okean adaları, Kanada və Meksika, eləcə də Almaniya və Fransadakı konsulluqlardan gedir. NBC qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul etməyib. Dövlət Departamenti də öz növbəsində konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib. Qeyd edək ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən dərhal sonra milyarder İlon Maskın Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcə xərclərinin böyük auditinə başlayıb. Ümumilikdə dövlət xərclərinin 2 trilyon dollar azaldılması gözlənilir.