8 fevral 2025-ci il tarixində, ictimai xadim, araşdırmaçı-publisist, ilahiyyatçı "Mədəni Niyyət" qəzetinin təsisçi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarının bütövləsməsi, dövlət müstəqilliyimiz və Qarabağ torpaqları uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin növbəti məclisi baş tutdu. Budəfəki tədbir, eyni zamanda, fevral ayının müxtəlif gününə təsadüf edən, Həzrəti Məhəmmədin (s) övladları İmam Hüseyn (s), İmam Zeynalabidin, Həzrəti Əbəlfəzlil Abbas və İmam Zamanın (ə.f) səadətli mövludları ilə üst-üstə düşdüyündən, məclisdəkilərin ürəyincə oldu. Mənəvi dəyərlərə həsr olunmuş məclis Allahın müqəddəs kəlamı - "Qurani-Kərim"dən müxtəlif ayələrin oxunuşu ilə baslandı. Sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra ilahi musiqi sədaları altında mədəni-ictimai proqramla davam etdirildi. Məclisi giriş sözü ilə açan Hacı Rahim İsmayılov şəhid analarını, ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamladı, tədbirin məramı haqqında məlumat verdi. Tədbir ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıcilar, tanınmış ictimai xadimlər, tele-aparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri çıxış etdilər. Tanınmış vəkil, Şəfiqə Nağıyeva, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Vətən Qəhrəmanlari Cəmiyyətinin rəhbərlərindən Ədhəm Məmmədov, Nərmin Səfərova, Hacı İlahm Əziz, Nuranə Gülər Könül Qasımova, Könül Quliyeva, Safa Xanım, Zaur Quliyev, İradə Nurəddin qızı, Vəfa Rzayeva və digər qonaqlar öz çixislarinda Prezident İlham Əliyev apardığı uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq xalq -rəhbər birliyinin zirvəsi sayılan Qarabağ müharibəsindən qazanılan Zəfəri yüksək dəyərləndirirlər. Tədbirin xüsusi qonaqları sayılan şəhid analarının, qazilərin çıxışı məclisi daha da nüfuzlu etdi. İştirak edən balacalara ünvanlanmış öyrədici-məlumatlandırıcı sual-cavab hissəsi də bütün istirakçıların ürəyincə oldu. Sonda qonaqlara, şəhid analarına və iştirakçılara müxtəlif hədiyyələr verildi. Milli-mental dəyərlərə sosial-mənəvi dəstək verdiklərinə görə, bir neçə tele-aparıcı, jurnalist, ictimai xadim, sosioloq, ilahiyyatçı və din xadimi "Mədəni Niyyət" media orqanı tərəfindən "Fəxri Diplom" ilə təltif olundu. Möhtəşəm tədbir ehsan süfrəsi ilə davan etdirildi.
Allah şəhidlərimizə rəhmət eləsin!