Nərimanov Rayon İcra Hakimiyyəti qanunsuz tikintini dayandırıb
Bir neçə gün əvvəl Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində qanunsuzluqla bağlı xəbər dərc etmişdik. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdə olduğunu birdirmişdik. Nərimanov Rayon İcra Hakimiyyəti saytımıza məsələ ilə bağlı aşıqlama göndərib. Açıqlamanı olduğu kimi təqdim edirik: "Məsələ ilə əlaqədar bildiririk ki, qeyd olunan ünvanda aparılan inşaat işlərinin qarşısı alınmış, tikili sökülmüşdür. Sökülən tikilinin yerində yaşıllıq zolağı salınmış və ağaclar əkilmişdir."