Xırdalanda çoxmərtəbəli binada yanğın
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Simsar.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.