Rəsulzadə və ailəsinin ilk dəfə ortaya çıxan – Fotoları
Dünən Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib. Simsar.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı, əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Fotoları ona M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib. H.Məmmədov göndərdiyi bəzi şəkillərin internet müstəvisində olmamasının isə anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruması, sonra Bakıya gətirməsi, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxlaması ilə bağlı olduğunu bildirib. Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər. “Rəsulzadə ev-muzeyi” virtual muzeyinə daxil ediləcək o fotoları təqdim edirik: