Ağadadaş Ağayev balta atdığı şəxslə barışdı
Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar. Simsar.az Lent.az-a istinadən xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər. Xalq artisti bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər: "Notariusa gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır". “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib.