Bakıda evinin sökülməsinə etiraz edən qadın özünü atacağını dedi
Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib. Simsar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib. Belə ki, Ülkər Abbasovanın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib. O qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq. Bildirilir ki, intihara cəhd edən şəxs tikinti işləri aparan “Gold Məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb. Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanımi düşürülüb. “Gold məkan” MTK-dan “Qafqazinfo”ya bildirilib ki, həmin sakinlə qarşılıqlı razılıq əldə olunub və müqavilə bağlanıb.