Metroda gedişhaqqının qaldırılacağına dair iddialara rəsmi cavab
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Simsar.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilir. “Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb”, - deyə açıqlamada qeyd olunub.