Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb. Simsar.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. Məlumata görə, körpüdə daşlar qoparaq yola düşüb. Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb. Görüntüləri olduğu kimi təqdim edirik: