Səs-soraqları qalmaqallarla yanaşı, həm də toy və şou-proqramlardan gələn müğənnilərimiz hazırda Məhərrəmlik ayı olduğundan daha çox yaradıcılıqla məşğul olmaq qərarına gəliblər.
Müğənni Nura Suri isə  yaradıcılıq işləri ilə yanaşı, bu ay xeyriyyə xarakterli tədbirlərə  qatıldığını deyir. 
İfaçı Milli.Az xəbər portalına açıqlamasında «bu  ay qazancımın çoxunu xeyriyyə məqsədilə xərcləmişəm»- dedi. Bir sıra  kimsəsiz uşaqlar və qocalar evinə baş çəkən müğənni konsertə hazırlaşır.
 
Söhbət  yanvarın 15-də Amerikanın Azərbaycandakı Səfirliyi ilə Gənclər və İdman  Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirdən gedir: «Mən bu  konsertdən əldə etdiyim sonuncu qəpiyi də xeyriyyə məqsədilə  xərcləyəcəyəm.  
Qarşıdan Yeni il gəlməsinə baxmayaraq, müğənni  Məhərrəmlik ayında restoranlardakı çıxışlarını da məhdudlaşdırmaq  qərarına gəldiyini dilə gətirdi: «Belə bir ayda səhnəyə çıxıb, oxumaq  istəmirəm».
DİGƏR XƏBƏRLƏR