Elm ocağından məhkəmə iddiası
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu “Pir Həsən” ziyarətgahını, Mədəniyyət və Turizm Nazirliyini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
İnstitut “Pir Həsən” ziyarətgahının həyətindəki özbaşına tikilinin sökülməsini tələb etsə də, buna əməl olunmayıb. Buna görə də qanunsuz tiklinin sökülməsi barədə iddia ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilib. Şikayət əsasında məhkəmənin ilkin baxış iclası bu gün keçirilib. Proses yanvarın 31-də davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR