Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən «Vnukovo» aeroportuna gedib.
Simsar.Az xəbər portalının yerli KİV-ə istinadən verdiyi məlumata görə, o, burada təhlükəsizlik tədbirlərinin səviyyəsilə şəxsən tanış olub. Prezidentin hava limanına gözlənilmədən gəlməsinin məqsədi də oradakı real durumu öyrənmək olub.
Qeyd edək ki, dünən Medvedev planlaşdırılmadan Kiyev vağzalına baş çəkmişdi. O, vağzalda sərnişinlərin təhlükəsizliyinin təmini üçün görülən işlərdən razılığını bildirib.
DİGƏR XƏBƏRLƏR