Mütəxəssislər bildirirlər ki, yol hələ də gediş-gəliş üçün təhlükəlidir
2 gün davam edən leysan yağışı cənub bölgəsində yeni fəsadlar yaradıb. Lənkəran-Lerik yolunda torpaq sürüşməsi baş verib. Hazırda ərazidə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mütəxəssis qrupu çalışır. Mütəxəssislər bildirirlər ki, Lənkənar-Lerik yolu hələ də gediş-gəliş üçün təhlükəlidir. Yolun 15-28-ci kilometrləri arasında torpaq sürüşmələdi baş verir.
Ümumiyyətlə rayonda vəziyyət çox təhlükəlidir. Burada hər an torpaq sürüşməsi baş verə bilər. Hazırda ərazidə aidiyyatlı qurumlar və texnika çalışır. Belə fəsadların aradan qaldırılması üçün xüsusi kanallar qazılır ki, dağ çuxurlarından gələn yağış suları bu kanallar vasitəsilə axıdılsın. Həmçinin ərazidə mütəxəssislər çalışırlar və nəzarət edrirlər ki, dağdan gələn qaya parçaları yolun hərəkətinə maneələr yaratmasın.
Qeyd edək ki, təbii fəlakət ərazidə elektrik enerjisinin verilməsində də problemlər yaradıb. Bu problemlərin aradan qaldırılması istiqamətində də işlər aparılır. Eləcə də, təbii fəlakət 300 –dən artıq fərdi təsərrüfata ziyan vurub. 10-a yaxın körpünü sel aparıb. Problemin aradan qaldırılması istiqamətində işlər getsə də, buna nail olmaq çox çətindir. Çünki hazırda rayonda intensiv yağış davam edir.
DİGƏR XƏBƏRLƏR