Oğurlanan məbləğ dəqiqləşdi
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda törədilmiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Simsar.az-a verilən məlumata görə, iyulun 24-də Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yaşayan İlkin Yusifovun mənzilindən açıq qapıdan keçməklə 60 min manat və 20 min ABŞ dolları oğurlanıb. Suraxanı rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səfa Məmmədov sentyabrın 27-də yaxalanıb.
Qeyd edək ki, oğurluğu törədən S.Məmmədov “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olub.
DİGƏR XƏBƏRLƏR