Rusiya ilə oyunda 3:0 qələbə
Simsar.az-ın məlumatına görə, “ay-ulduzlular” ¼ finalda Rusiyanı məğlub ediblər – 3:0.
Qardaş ölkə voleybolçuları yalnız 27:25 hesabı ilə nəticələnən ilk setdə ciddi müqavimətlə üzləşib. Sonrakı setlərdə şimal qonşularımız 21:25 və 19:25 hesabları ilə uduzublar. Bu məğlubiyyətədək Rusiya millisi keçirdiyi bütün görüşlərdən qalib ayrılaraq qrup lideri kimi ¼ finala vəsiqə qazanmışdı.
Beləliklə, Türkiyə millisi 8 ildən sonra Avropa çempionatının yarımfinalına yüksəlib. Rusiya isə ardıcıl ikinci dəfə qitə birinciliyinin ¼ finalında yenilib.
DİGƏR XƏBƏRLƏR