Şeyxin oğlu işdən çıxarıldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşavirinin vəzifəsindən azad edildiyi bildirilir. Simsar.az xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb. Bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib. Məlumata görə, onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib. Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur.