Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Simsar.az xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,83% ucuzlaşaraq 71,97 ABŞ dolları olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.