Azərbaycanda bu xəstəxanada əməliyyat - 1 nəfər saxlanıldı
Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Simsar.az "Unikal"a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb. Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib. Onu da qeyd edək ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.