Matador ölümdən dönüb
İspaniyada məşhur olan öküz döyüşündə bədbəxt hadisə baş verib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Saraqosda keçirilən korrida zamanı tanınmış matador Xuan Xose Padilya öküzün buynuzuna tuş gəlib. Belə ki, döyüş zamanı matador səndələyib və yerə yıxılıb. Öküz buynuzunu onun başına keçirib. vu zaman heyvanın buynuzu matadorun kəllə sümüyünün altından, qulağından aşağı hissəsindən grərək sol gözünün yaxınlığından keçib.
Qan içərisində qalan öküzü idmançıdan digər matadorlar uzaqlaşdıra biliblər. Xuan Xose isə dərhal xəstəxanaya aparılıb. Həkimlər onun həyatını və gözünü xilas etmək üçün əməliyyata başlayıblar.
Qeyd edək ki, 38-yaşlı şəxs adıçəkilən döyüş üzrə ən yaxşı matadorlardan biri hesab edilir.
Hazırda ispanlar arasında ənənəvi öküz döyüşü ilə bağlı fikir ayrılığı yaranıb. Bəziləri bunu qədim köklərə malik mədəni irs, bəziləri isə sivil, demokratik cəmiyyətdə yeri olmayan qanlı idman növü hesab edirlər. Kataloniyada öküz döyüşünü qadağan edən qanun 2012-ci il yanvarın 1-də qüvvəyə minəcək.
DİGƏR XƏBƏRLƏR