Keçmiş müavin köhnə fəaliyyətinə qayıdır
Bu gün Rusiya Maliyyə Nazirliyinin binasında yağın baş verib.
Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva İdarəsinin mətbuat xidmətinin rəisi Yevgeniy Bobılyev deyib ki, Moskvanın mərkəzində, İlinka küçəsində yerləşən binada yanğın 5-ci mərtəbədəki kabinetlərdən birində baş verib. Yanğın 10 kvadratmetr sahəni əhatə edib, kabinetdəki şəxsi əşyalar və texniki vasitələr yanıb. Maliyyə Nazirliyinin bütün işçiləri evakuasiya edilib, xəsarət alanlar yoxdur.
Yevgeniy Bobılyev artıq yanğının söndürüldüyünü bildirib. Ancaq hələ də binadan tüstü yüksəlir.
DİGƏR XƏBƏRLƏR