"Rabitə" Braziliyanın "Sollis Nestle" klubunu 3:2 hesabı ilə məğlub edib
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan Dünya çempionatı davam edir. Turnirdə iştirak edən "Rabitə" klubu bu gün ikinci oyununu keçirib.
Azərbaycan çempionu Braziliyanın "Sollis Nestle" klubunu sınağa çəkib. "Rabitə" oyuna yaxşı başlayıb və ilk setdə rəqibinə heç bir şans verməyib - 25:12. İkinci setdə 23:25 hesabı ilə uduzan çempionumuz üçüncü setdə yenə üstün olub - 25:18. Braziliyalılar dördüncü setdə 23:25 hesablı qələbə qazansa da, "Rabitə" tay-brekdə rəqibindən üstün olub - 15:6. Yekunda komandamız 3:1 hesablı qələbə qazanıb.
"Sollis Nestle" ilk turda Taylandın "Çanq" klubunu 3:1 hesabı yenmişdi. "Rabitə" isə dünən eyni komandanı eyni hesabla məğlub etmişdi. "Sollis Nestle"yə qalib gələn "Rabitə" qrup lideri kimi yarımfinala çıxıb.
Qeyd edək ki, digər qrupda da Türkiyənin "Vakıfbank Günəş Türk Telekom", Dominikanın "Mirador" və Keniyanın "Kenya Prisons" klubları çıxış edir. Hər qrupdan növbəti mərhələyə 2 komanda çıxır.
Rabitə (Azərbaycan) - Sollis Nestle (Braziliya) 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6)
Rabitə (Azərbaycan) 2 2 0 6-3 207-182 6
Sollis Nestle (Braziliya) 2 1 1 5-4 186-199 3
Çanq (Tayland) 2 0 2 2-6 164-196 0
DİGƏR XƏBƏRLƏR