Apelliyasiya Məhkəməsi onu haqsız sayır
Dünən Şirvan şəhər Apelliyasiya Məhkəməsində bu ilin fevralında Sabirabad və Saatlı sakinlərinin keçirdiyi etiraz aksiyasında polis zorakılığına məruz qalmış Saatlı rayonunun Novruzlu kənd sakini Əlisa Həsənovun şikayətinə baxılıb.
Apelliyasiya məhkəməsi Saatlı rayon məhkəməsinin qərarını yenidən qüvvədə saxlayıb.
Əlisa Həsənov 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının təsirinə məruz qalan Saatlı rayonunun Novruzlu kənd sakinidir və adı çəkilən kəndin orta məktəbində müəllim işləyir. O eyni zamanda Klassik Xalq Cəbhəsi Partiyasının Saatlı rayonundan Ali Məclis üzvüdür.
RUSLAN
DİGƏR XƏBƏRLƏR