Düşmən susdurulub
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 13-də saat 19.00-dan 19.20-dək və 22.30-dan 22.40-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.00-dan 19.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- oktyabrın 14-də saat 03.33-dən 03.40-dək və 04.10-dan 04.15-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 04.45-dən 04.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR