Üçüncü rübün yekunları üzrə dünya bazarlarında 91,8 milyon yeni personal kompüter satılıb
2011-ci ilin üçüncü rübündə personal kompüterlərin dünya bazarlarında satış həcmi artmaqda davam etsə də, daha çox ləng templərlə gedib. Bu barədə Gartner və IDC analitik şirkətlərin məlumatında deyilir.
Gartner şirkətinin qiymətləndirməsinə görə, üçüncü rübün yekunları üzrə dünya bazarlarında 91,8 milyon yeni personal kompüter satılıb. Bu, ötən ilin göstəricisindən 3,2 faiz çox, proqnozlaşdırılandan isə 5,1 faiz azdır.
IDC şirkətinin hesablama üsuluna əsasən, üçüncü rübdə qurğuların satışı 91,9 milyon təşkil edib ki, bu da 2010-cu ilin üçüncü rübündən 3,6 faiz çox, ilkin proqnozdan isə 4,5 faiz azdır, Cybersecurity yazır.
Həm Gartner, həm də IDC şirkətləri dördüncü rübdə satış həcminin azalacağının davam edəcəyini bildirirlər. Şirkətlər qeyd edirlər ki, personal kompüterlərin satışı hazırda smartfon və planşetlərə artan tələbatla əlaqədar olaraq azalıb. Buna səbəb isə alıcıların sözügedən qurğulara xeyli pul xərcləyərək personal kompüterləri əvvəlki həə istehlak edə bilməməsidir. Tələbata olan artımın zəifləməsi Avropa və ABŞ-da açıq-aydın görünür, Asiyadakı artım həcmi isə azalmanın əvəzini ödəməyə kifayət etmir.
Gartner və IDC şirkətləri kompüter istehsalçıları haqqında qeyd edərək istehsal həcminə görə Çinin Lenovo şirkətinin dünyada ikinci yerə çıxaraq ABŞ-ın Dell şirkətinə çatmasını və ötməsini göstərirlər.
Qeyd etmək lazımdır ki, istehsal həcminə görə birinci yerdə personal kompüterlər biznesini ayrıca şirkətə həvalə etmək istəyinə baxmayaraq yeni kompüterlərin tədarükünü genişləndirən ABŞ-ın HP korporasiyasıdır. Analitiklər HP şirkətinin personal kompüterlər satışından əldə etdiyi gəlirinin artması fikrindədirlər.
DİGƏR XƏBƏRLƏR