“Onlar hamama yoxsa, nazirliyə işə gəldiklərini ayırd etsinlər”
Çeçenistan prezidenti Ramzan Kadırov “Komsomolskaya Pravda” ya müsahibəsində müasirləşən çeçen qızlarının geyimindən ürək ağrısı ilə danışıb.
Ramzan Kadırov qızların geyimilə bağlı heç bir vaxt heç bir belə bir qadağa qoymadığını deyib: “Bunu etməyə haqqım da yoxdur. Yalnız öz evimdə əmr verə bilərəm… Mənim üçün bu xoş mənzərə deyil. Mən bilirəm ki, onlar geyim formalarına görə cəhənnəmə gedəcəklər. Əlbəttə təkcə geyim formasına görə yox, əgər əxlaqsızlıq edəcəklərsə. Mənim buna ürəyim ağrıyır... Gecə əyləncələrinin öz geyimi, idman klublarının öz geyimi, işin isə öz geyimi var. Mən bunu ona görə dedim ki, onlar ayıra bilsinlər – hamama gedirlər yoxsa, nazirliyə işə”.
DİGƏR XƏBƏRLƏR