Görüşdə Hulusi Kılıc da iştirak edib
Simsar.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc da iştirak edib.
Yavər Camalov İsmet Yılmazı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Müdafiə sənayesi naziri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində qardaş ölkə olan Türkiyə milli müdafiə nazirinin Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib. O, müstəqillik dövründə əldə olunmuş uğurlar barədə nümayəndə heyətinə məlumat verib. Yavər Camalov qeyd edib ki, Azərbaycanın müstəqillik tarixindəki əlamətdar hadisələrdən biri də respublikada Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu sahədəki nailiyyətlər olub.
Görüşdə iki qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb və hər iki tərəf mövcud olan əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyini əminliklə ifadə edib. Tərəflər arasında birgə layihələr haqqında geniş müzakirələr aparılıb.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan ibarət sərgiyə baxıb.
DİGƏR XƏBƏRLƏR