Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində bu gün həlak olan türk hərbçilərin sayı artıb. Simsar.az-ın məlumatına görə, Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının üzvləri ilə atışma nəticəsində ölən türk hərbçilərin sayı 5-ə yüksəlib, 10-u xəsarət alıb. Qeyd edək ki, ötən gün də Suriyada 5 Türkiyə hərbçisi həlak olmuşdu. Ümumiyyətlə, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 66 hərbçisini itirib.
DİGƏR XƏBƏRLƏR