Sərgi noyabrın 15-dən başlayır
Bakıda gürcüstanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq. Sərginin açılışı noyabrn 15-də Muzey Mərkəzində gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, tədbirin noyabrın 17-dək keçirilməsi nəzərdə tutulub.
Nazirliyin və Tbilisi şəhər E.Axvlediani adına uşaq rəsm qalereyasının birgə təşkil etdiyi sərgidə gürcüstanlı uşaqların 90-a yaxın əsəri nümayiş etdiriləcək. Tədbirdə iştirak üçün Gürcüstandan qonaqların gələcəyi gözələnilir.
Məqsəd, Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və birgə tədbirlərin keçirilməsidir.
Məlumatda deyilir ki, bu il iyunun 30-dan və iyulun 5-dək azərbaycanlı uşaqların çəkdiyi rəsmlərin sərgisi Tibilisidə maraqla qarşılanıb. Gürcüstanda Bakının “DA' Art” Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri olub.
Arifə
DİGƏR XƏBƏRLƏR