Agentlərin adı məlum oldu
Rumıniya mətbuatı SSRİ dönəmində Dövlət Təhlükəsizlk Komitəsinin agentləri və informatorları olan Moldova vətəndaşlarının adını açıqlayıb.
Bu sırada Moldova Respublikasında yüksək postlar tutan şəxslərin də adı çəkilir. Simsar.az “KQB” agenti olmuş moldovalıların bir hissəsinin siyahısını təqdim edir:
- Moldova parlametinin sabiq spikeri Aleksandr Moşanu (Ləqəbi “Maksim” );
- 90-cı illərdə milli-azadlıq hərəkatının liderlərindən olmuş yazıçı Nikolay Dabija (Ləqəbi “Çobanu” );
- Sabiq prezident Voroninin müşaviri olmuş Valeri Renitse (Ləqəbi “Kotovski” ); - Millətçi-Liberal Partiyanın sədri Vitali Pavliçenko (Ləqəbi “Fidel”);
- Moldovanın Fransadakı səfiri Oleq Serebryan (Ləqəbi “Akrobat” );
- Məşhur moldov jurnalisti Pyotr Boqatu (“Zavet” );
- Moldova prezidentinin keçmiş müşaviri Viktor Doraş (“Siçovul” );
- “Timpul” qəzetinin baş redaktoru Konstantin Tenase (“Qarğa”);
- Moldovanın keçmiş müdafiə naziri Valeri Pleşka (“Peyğəmbər” ləqəbli);
- Moldova parlametinin keçmiş sədri Dmitri Dyakov (“Dak” ləqəbli);
- Keçmiş baş nazir Dmitri Braqiş (“Novbətçi” );
- Milli azadlıq hərəkatnın ideoloqlarından olan uşaq şairi Yulan Filip (“Filin”);
- Təhsil naziri Mixail Şlayxtiski (“Minya”);
- Moldovanın Türkiyədəki keçmiş səfiri Fyodr Anqeli (“Feogen”);
- Qaqauz Respublikasının yaradıcılarından olan Mixail Kendigelyan (“Kidala” );
- Qaqauz muxtariyyətini keçmiş başçısı Mixail Formuzal (“Tamerlan” ləqəbli);
- “Panorma” qəzetinin baş redaktoru, tanınmış jurnalist Dmitri Çubaşenko (“Kabus”) ...
Yaxınlarda daha bir siyahının açıqlanacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR