Türkiyədə 450-ə yaxın filmdə rol almış aktyor Ünsal Emre İstanbulun Beyoğlu məhəlləsindəki evində ölü tapılıb.
Simsar.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, evdə tək yaşayan 65 yaşlı aktyor ağ ciyərləri və böyrəklərindən şikayətlənirmiş və oğlu Tansel Emre ilə yanvarın 24-də həkimə gedəcəkmiş.
Ancaq Tansel Emre dünən atasına zəng açsa da, o, telefonu götürməyib. Narahat olan Tansel Emre polisi arayıb. Evin bağlı qapısı çilingərin köməyi ilə açılıb. Unsal Emre yataqda oturmuş vəziyyətdə aşkarlanıb. Aktyorun öldüyü məlum olub. Aktyorun bu gün dəfn edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ünsal Emre 1971-ci ildə “Ses” jurnalının keçirdiyi bir yarışda sonralar məşhur aktyor olmuş Tarik Akandan sonra ikinci yeri tutub. Ünsal Emrenin Hülya Avşarla birgə baş rollarda çəkildiyi “Kısraq” və Emel Sayınla birgə çəkildiyi “Hicran” ən yaddaqalan filmlərdəndir.
DİGƏR XƏBƏRLƏR